Hospitalımızın Uroloqu, Robotik cərrahiyyə mütəxəssisi Dos. Dr. Sercan Yılmaz Tibb təhsilini Gülhanə Hərbi Tibb Akademiyasının Tibb Fakültəsində aldıqdan sonra həmin universitetdə urologiya üzrə ixtisaslaşma təhsilini tamamlamışdır. 2016–2018-ci illərdə Niğde Bor Dövlət Xəstəxanasında, daha sonra isə 2018–2022-ci illərdə S.B.Ü. Gülhanə Təhsil və Araşdırma Xəstəxanasının Urologiya kafedrasında uroloq mütəxəssis kimi çalışmışdır. Xüsusilə endoskopik lazer prostat cərrahiyyəsi, uro-onkologiya, laparoskopik və robotik cərrahiyyə, qadın urologiyası və funksional urologiya sahələrində elmi və peşəkar fəaliyyət göstərmişdir. Dos Dr.Sercan Yılmaz xüsusilə Lazerlə prostat enukleasiyası cərrahiyyəsi (HoLEP, ThuLEP, ThuFLEP), Uroloji lazer cərrahiyyəsi, Robotik və laparoskopik cərrahiyyə, Robotik MRT-füzyon prostat biopsiyası, Prostat xərçənginin fokal müalicəsi, Uretranın rekonstruktiv cərrahiyyəsi (uretral darlıqların cərrahi müalicəsi), Neyro-urologiya (sakral neyromodulyasiya cərrahiyyəsi) və Qadın urologiyası (sidik kisəsi sallanması və sidik qaçırmanın cərrahi müalicəsi) üzrə ixtisaslaşmışdır.

Bizimlə əlaqə
- Ünvan
Akademik Həsən Əliyev küçəsi 38, AZ1078 Bakı, Azərbaycan
- Mobil