Azərbaycanda ilk dəfə – Ege Hospitalda

Video EGE Hospitalın rəsmi YouTube kanalında yayımlanıb.Video açılmırsa, YouTube-da izləyin

Prostat xərçənginin cərrahi müalicəsində robotik cərrahiyyə müasir texnologiyaların tətbiqinə əsaslanan, yüksək dəqiqlik və minimal invaziv yanaşma imkanları təqdim edən cərrahi üsullardan biridir. Azərbaycanda robotik cərrahiyyə Prostat vəzi cərrahiyyəsində ilk dəfə Ege Hospitalda tətbiq olunmuşdur.

Robotik cərrahiyyə zamanı cərrah xüsusi robotik sistem vasitəsilə əməliyyat sahəsini böyüdülmüş və yüksək dəqiqlikli görüntü altında müşahidə edir. Robotik qolların çevik hərəkət imkanları incə cərrahi manevrlərin daha dəqiq idarə olunmasına şərait yaradır. Bu texnologiya xüsusilə prostat vəzi kimi anatomik baxımdan həssas nahiyədə aparılan əməliyyatlarda mühüm əhəmiyyət daşıyır.

Robotik prostat əməliyyatı zamanı əsas məqsəd xərçəngli toxumanın cərrahi yolla çıxarılması ilə yanaşı, ətraf sağlam toxumaların və mühüm anatomik strukturların mümkün qədər qorunmasına çalışmaqdır. Əməliyyatın nəticəsi xəstəliyin mərhələsi, şişin xüsusiyyətləri, pasiyentin ümumi sağlamlıq vəziyyəti və cərrahın təcrübəsi kimi amillərdən asılıdır.

Ənənəvi açıq cərrahiyyə ilə müqayisədə robotik cərrahiyyə daha kiçik kəsiklər vasitəsilə əməliyyat aparılmasına imkan verir. Müvafiq pasiyentlərdə bu yanaşma daha az qan itkisi, əməliyyatdan sonrakı ağrının az olması və daha tez sağalma təmin edir.

Robotik cərrahiyyənin əsas üstünlükləri

  • Yüksək dəqiqlikli və böyüdülmüş görüntü
  • Daha incə və nəzarətli cərrahi hərəkətlər
  • Kiçik kəsiklər
  • Minimal invaziv yanaşma
  • Qan itkisinin az olması
  • Daha rahat və sürətli bərpa imkanı

Robotik cərrahiyyə yalnız texnologiya deyil cərrahın təcrübəsi və müasir tibbi imkanların birləşməsidir. Robotik cərrahiyyədə əməliyyatı robot deyil, cərrah idarə edir. Robotik cərrahiyyə cərrahın dəqiqliyini və imkanlarını artıran müasir texnologiyadır.

Robotik cərrahiyyə nədir?