Hospitalımızın Uroloqu,Robotik cərrahiyyə mütəxəssisi Dos Dr.Bahadır Topuz tibb təhsilini 2001–2007-ci illərdə Gülhane Hərbi Tibb Akademiyasının Tibb Fakültəsində tamamladıqdan sonra, 2010–2015-ci illərdə həmin universitetdə urologiya üzrə ixtisaslaşma uzmanlıq təhsili almışdır. 2007–2015-ci illərdə Gülhane Hərbi Tibb Akademiyasının Urologiya kafedrasında, 2015–2023-cü illərdə isə Sağlamlıq Elmləri Universitetinin Gülhane Təhsil və Araşdırma Xəstəxanasının Urologiya klinikasında fəaliyyət göstərmişdir. 2025-ci ildən etibarən İstanbul Sağlamlıq və Texnologiya Universitetinin Tibb Fakültəsinin Urologiya kafedrasında müəllim kimi çalışır.

Xüsusilə Rezum (prostatın su buxarı ilə müalicəsi) cərrahiyyəsi, lazer prostat cərrahiyyəsi, laparoskopik və robotik cərrahiyyə, uro-onkologiya, penis protezi əməliyyatları, sonsuzluq, uşaq urologiyası, endourologiya və androloji sahələr üzrə ixtisaslaşmışdır.

Hazırda bu istiqamətlər üzrə ixtisasartırma təlimləri keçirir və cərrahi əməliyyatlar həyata keçirir. Əsas fəaliyyət istiqamətlərinə HoLEP, ThuFLEP, prostat cərrahiyyəsi, sidik kisəsindəki törəmələrin lazer vasitəsilə en-blok rezeksiyası, robotik və laparoskopik uroloji əməliyyatlar, eləcə də androloji cərrahiyyə daxildir. Türkiyə Urologiya Dərnəyinin və Avropa Urologiya Assosiasiyasının üzvüdür.